Blinken: "Biz Rusiya xalqı ilə həmrəyik"

Blinken: "Biz Rusiya xalqı ilə həmrəyik"

ABŞ martın 22-də Moskvada törədilən terror aktını qətiyyətlə pisləyir.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "X" hesabında paylaşım edib.

"Biz bu dəhşətli hadisədən sonra baş vermiş insan itkisinə görə kədərlənən Rusiya xalqı ilə həmrəyik", - deyə qeyd olunub.