İmişlidə 5 otaqlı evdə yanğın olub

İmişlidə 5 otaqlı evdə yanğın olub

İmişli rayonunun Qaragüvəndikli kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bu barədə Birxeber.Az-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.