ETSN: Bakı, Abşeronda və bölgələrdəki dumanlı hava şəraiti martın 25-dək davam edəcək

ETSN: Bakı, Abşeronda və bölgələrdəki dumanlı hava şəraiti martın 25-dək davam edəcək

Hazırda Bakıda və Abşeron yarımadasında və bölgələrdə dumanlı hava şəraiti müşahidə olunur.

Bu barədə “Birxeber.Az”a ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilir ki, duman ilin keçid dövrləri üçün xarakterik olan və sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

Bakı, Sumqayıt, Neft daşları, Pirallahı, Daşkəsən, Altıağac, Xaltan, Lerik, Astara, Qusarda duman müşahidə olunur. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Dumanlı hava şəraitinin səbəbi nisbətən isti hava kütləsinin soyuq səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır.

Dumanlı hava şəraiti martın 25-i səhərədək davam edəcək.