Azərbaycanın qadınlardan ibarət basketbol millləri Türkiyədə parlaq qələbələr qazanıb

Azərbaycanın qadınlardan ibarət basketbol millləri Türkiyədə parlaq qələbələr qazanıb

Azərbaycanın qadınlardan ibarət basketbol millləri parlaq qələbələr qazanıb

"Report" Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən qadınlardan ibarət U-16 və U-18 yığmalarımız yoldaşlıq görüşlərində öz güclərini sınaqdan keçiriblər.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilərimiz, keçirdikləri 6 yoxlama oyununun hamısında rəqiblərinə qalib gəlməyi bacarıblar.

AZE-(U-18) - "Daçka Şerifalı" U18 (67:58)
AZE-(U-16) - "Daçka Şerifalı" (U-16) (61:56)
AZE-(U-18) - "Sakarya Asaş" (U-18) (71:68)
AZE-(U-16) - "Sakarya Asaş" (U-16) (83:53)
AZE-(U-18) - "İstanbul Yıldızları" (U-18) (56:53)
AZE-(U-16) - "İstanbul Yıldızları" (U-16) (72:60)