Azərbaycanın atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın atıcısı Vladislav Kalmıkov Almaniyanın Dortmund şəhərində keçirilən ISAS 2024 beynəlxalq turnirində qızıl medal qazanıb.

Bu barədə “Birxeber.Az”a Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təmsilçimiz oğlanlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışında bütün rəqiblərinə qalib gələrək fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, yarış martın 24-nə qədər davam edəcək.