Stoltenberq: Macarıstan İsveçin NATO-ya üzvlüyünü fevralda ratifikasiya edəcək

Stoltenberq: Macarıstan İsveçin NATO-ya üzvlüyünü fevralda ratifikasiya edəcək

NATO Baş katibi Yens Stoltenberq Macarıstan parlamentinin fevralda İsveçin alyansa üzvlüyünü ratifikasiya edəcəyini bildirib.

Birxeber.Az "Reuters"ə istinadən xəbər verir ki, Baş katib Macarıstan parlamentinin fevralın sonunda yenidən toplanaraq müvafiq addım atacağını, bununla da İsveçin NATO-ya üzvlüyü yolundakı sonuncu maneənin də aradan qalxacağını bildirib.

Stoltenberq qeyd edib ki, Macarıstan Baş naziri Viktor Orban bu həftə telefon danışığı zamanı onu İsveçin alyansa üzvlüyünü tam dəstəklənəcəyinə əmin edib.

"İsveçin NATO-ya üzvlüyü alyansı daha güclü və bizim hamımızı daha təhlükəsiz edəcək. Mən tamamilə əminəm və Macarıstanın parlament yenidən toplanan kimi İsveçin üzvlüyünü ratifikasiya edəcəyinə güvənirəm", - Baş katib deyib.