Tokayev terror aktı ilə bağlı Putinlə telefonla danışıb

Tokayev terror aktı ilə bağlı Putinlə telefonla danışıb

Kasım-Jomart Tokayevin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı olub.

Birxeber.Az-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, söhbət zamanı Prezident Kasım-Jomart Tokayev bütün qazaxıstanlılar adından Moskva vilayətindəki terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Prezident Vladimir Putinə və qardaş Rusiya xalqına dərin hüznlə başsağlığı verib.

Dövlət başçısı dinc vətəndaşlara qarşı qəddar zorakılıq aktını qətiyyətlə pisləyib və terrorizmə qarşı mübarizə məsələlərində Rusiya ilə həmrəyliyini bir daha təsdiqləyib.

Öz növbəsində Vladimir Putin dəstək sözlərinə görə Kasım-Jomart Tokayevə təşəkkür edib.