Putin "Crocus City Hall"da hadisəni barbar terror hücumu adlandırıb - YENİLƏNİB

Putin "Crocus City Hall"da hadisəni barbar terror hücumu adlandırıb - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da baş verən terror aktını qanlı və barbar terror hücumu adlandırıb.

"Report"un məlumatına görə, V.Putin onlarla günahsız insanın həlak olduğunu bildirib: “Onlarla dinc, günahsız insan terror aktının qurbanı oldu”.

Rusiya Prezidenti həmçinin insanların həyatını xilas etmək üçün hər şeyi edən təcili yardım briqadalarına, yanğınsöndürənlərə və xilasedicilərə minnətdarlığını bildirib.

16:30

Rusiya Prezidenti Vladimir Putin Moskva vilayətindəki "Crocus City Hall"da baş vermiş terror aktı ilə əlaqədar xalqa müraciət edir.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat verib.