Moskvada terror aktında ölənlərin sayı 143 nəfərə çatıb - YENİLƏNİB-3

Moskvada terror aktında ölənlərin sayı 143 nəfərə çatıb - YENİLƏNİB-3

Moskvada martın 22-də “Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artmaqda davam edir.

Birxeber.Az xəbər verir ki, mənbələr “Baza” teleqram kanalına ölü sayının 143-ə çatdığını bildirib.

Ölü sayının daha da artacağı ehtimal edilir.

***

13.56

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terror aktı nəticəsində ölənlərin sayının 115 nəfərə çatdığını açıqlayıb.

Bildirilib ki, dağıntıları təmizləyərkən fövqəladə hallar xidmətləri daha çox meyit aşkarlayıb.

***

12:28

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terror aktı nəticəsində ölənlərin sayının 93 nəfərə çatdığını açıqlayıb.

***

10:05

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, “112” teleqram kanalı ölənlərin sayının 82 nəfərə çatıb.

Yaralıların dəqiq sayı barədə isə məlumat verilməyib.

Bildirilib ki, terror aktı qurbanlarının sayı hələ də arta bilər.

Moskva vilayətinin Səhiyyə Nazirliyi isə terror aktında həlak olanlar arasında 3 uşağın olduğunu açıqlayıb.

***

09:39

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Birxeber.Az xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Məlumatlara görə, ölənlərin sayı 80 nəfərə çatıb.

Bildirilib ki, terror aktı qurbanlarının sayı hələ də arta bilər.