Festivallar, zərgərlik sərgisi və yarışlar: Qətəri azərbaycanlı turistlər üçün ideal edən nədir?

Festivallar, zərgərlik sərgisi və yarışlar: Qətəri azərbaycanlı turistlər üçün ideal edən nədir?

Qətər sadəcə ölkə deyil, səyahəti fərqli tərəflərdən kəşf etmək istəyənlər üçün əsl tapıntıdır. Gözəl qumsal çimərliklər, dəbdəbəli hotellər, geniş alış-veriş imkanı və sıx tədbirlər təqvimi - bütün bunlar Qətəri azərbaycanlı səyahətçilər üçün ideal turizm istiqamətinə çevirir. Səfərinizi unudulmaz xatirələrlə zənginləşdirmək üçün qarşıdakı aylarda bu gözəl ölkədə baş tutacaq tədbirlərin təqvimini sizə təqdim edirik.

Zərgərlik məmulatları və saat sərgisi (DJWE) 2024

DJWE dünyanın hər yerindən zərgərlik və saat sənayesi ekspertlərini bir araya gətirən, beynəlxalq platformaya çevrilmiş bu möhtəşəm tədbir, həmçinin Ərəb Körfəzi regionunda ən əhəmiyyətli zərgərlik məlumatları sərgisidir. Sərgi fevralın 5-dən 11-dək “Doha Exhibition & Convention Centre”də (DECC) baş tutacaq.

Bu il 20 illik yubileyini qeyd edən sərginin iştirakçıları sırasında “Chanel”, “Cartier”, “Tiffany & Co.”, “Bulgari”, “Rolex”, “Patek Philippe”, IWC kimi dünyaca məşhur zərgərlik brendləri də yer alır. Lakin DJWE təkcə zərgərlik sənətinin şah əsərləri və mükəmməl saatlar demək deyil. Tədbir çərçivəsində həm də unikal mühazirələrin təşkil edilməsi planlaşdırılır.

20-ci yubiley DJWE zərgərlik sərgisinin simaları supermodel İrina Şeyk və əfsanəvi fransız futbolçu Tyeri Anridir. Sərginin “Jewelry Connoisseurs” adlanan reklam kampaniyası qeyri-adi zərgərlik məmulatlarının və saatların eksklüziv kolleksiyasını nümayiş etdirir. Çəkilişlər Doha şəhərinin simvoluna çevrilmiş, dövlətin gerbində təsvir olunan kəsişən qılınclar formasında ucaldılmış “Katara Towers” göydələnində aparılıb.

Qeyd edək ki, qarşıdan gələn tədbir zərgərlik və saat istehsalı sahəsində mahir ustaları dünyaya tanıtmaq məqsədi daşıyır - sərgidə eksklüziv zinət əşyaları və saat modelləri nümayiş olunacaq. Sərgidə iştirak etmək üçün qeydiyyatdan keçmək tələb olunur. DJWE sərgisi ilə möhtəşəmliyə və dəbdəbə dünyasına səyahət etməyə hazır olun!

Tədbirə qeydiyyatdan keçmək üçün bu səhifəyə daxil olun.

Qətər Beynəlxalq Qastronomiya Festivalı (QIFF) 2024

Dohada ən çox gözlənilən tədbirlərdən biri artıq on üçüncü dəfə təşkil ediləcək Qətər Beynəlxalq Qastronomiya Festivalıdır. Fevralın 7-dən 17-dək “Al Bidda” parkında yerləşən “Family Zone Doha Expo 2023”də baş tutacaq ölkənin ən böyük kulinariya tədbirində qonaqlar ləziz təamların təqdim olunduğu 100-dən çox stendlə tanış olacaq, həmçinin Qətərin və regionun bir sıra ən məşhur restoranlarının nümayəndələri iştirak edəcək. Yeni oyunlar və yarışlar, səmada şam yeməyi və futbol matçının nümayişi isə QIFF 2024-ə orijinal çalarlar qatacaq.

Festivalda bir araya gələcək yerli və beynəlxalq səviyyəli tanınmış aşpazlar qastronomik şah əsərlərini təqdim edəcəklər. Ziyarətçilər isə canlı musiqinin və əyləncə proqramının müşayiəti ilə müxtəlif dadlardan həzz almaq imkanı əldə edəcəklər. Hər kəs üçün ləziz kulinariya kəşfinə çevriləcək bu tədbir əsl qurmanlar üçün idealdır!

Qətərdə keçiriləcək tədbirlərin təqvimi barədə ən son xəbərləri və məlumatları www.visitqatar.com saytından əldə edə bilərsiniz.

Beynəlxalq Ərəb Atı Festivalı

Bu il fevralın 1-dən 11-dək davam edəcək tədbir dünyanın hər yerindən gələn qonaqlara bu heyrətamiz heyvanlara tamaşa etmək və atçılıq mədəniyyəti ilə tanış olmaq imkanı yaradacaq. Festival ərəb atlarının iştirakı ilə rəngarəng şou-proqram və atçılıq yarışları ilə məşhurdur. Qeyd edək ki, festival Qətər Əmirliyinin himayəsi altında Dohada yerləşən Milli Mədəniyyət və İncəsənət Mərkəzində (Katara Cultural Village) keçiriləcək.

Sizə unudulmaz xatirələr bəxş edəcək ərəb atçılıq mədəniyyətinin əzəmətli dünyasına səyahət etmək imkanını qaçırmayın!

MotoGP 2024

Lusail trasında təşkil ediləcək Qətər qran-prisi MotoGP üzrə dünya çempionatının mərhələlərindən biridir. Nəfəsləri kəsən idman hadisəsi bu il martın 8-dən 10-a kimi keçiriləcək və MotoGP həvəskarlarına inanılmaz emosiyalar bəxş edəcək. Qeyd edək ki, üç gün davam edəcək yarışlarda 12 yaşa qədər uşaqlar ödənişsiz iştirak edə biləcəklər.

Həyəcanlı MotoGP dünyasını özünüz üçün kəşf edin - tədbirin təqvimi haqqında daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Gördüyünüz kimi, Qətərdə sizi çoxsaylı tədbirlər gözləyir. Tədbirlərin hər biri əyləncə, həyəcan və ən əsası hər kəsə rəngarəng təəssüratlar vəd edir. Qətər sadəcə ölkə deyil, ilham, emosiyalar və unudulmaz təəssürat mənbəyidir. Siz də Qətərə səyahət edin və özünəməxsus anlar yaşayın!

Qətərə 548 AZN-dən başlayan inanılmaz sərfəli qiymətlərlə (qiymət ikinəfərlik otaqda bir nəfər üçün nəzərdə tutulub) səyahət edə bilərsiniz. Qiymətə aviabilet, hotel, səhər yeməyi, qrup transferi və sığorta da daxildir. Qətərə sizi maraqlandıran tur paketlərini Bakının istənilən turizm agentliyindən əldə edə bilərsiniz. Onu da qeyd edək ki, Azərbaycan vətəndaşlarının Qətərə səfər etməsi üçün viza tələb olunmur.

Qətərlə bağlı ən son xəbərləri və bu ölkədə keçiriləcək tədbirlər barədə məlumatları www.visitqatar.com saytından əldə edə bilərsiniz.