“Crocus City Hall”un tamaşaçı zalı tamamilə yanıb

“Crocus City Hall”un tamaşaçı zalı tamamilə yanıb

Yanğın “Crocus City Hall”un tamaşaçı zalını tamamilə məhv edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı video göstərir.

Kadrlarda zalın divarlarının yerində metal konstruksiyalar görünür. Xilasedicilər həmin hissədə işləri davam etdirir.