"Neftçi"nin Moskva "Spartak"ı ilə keçirəcəyi matçın hakimləri müəyyənləşib

"Neftçi"nin Moskva "Spartak"ı ilə keçirəcəyi matçın hakimləri müəyyənləşib

"Neftçi"nin bu gün Moskva "Spartak"ı ilə keçirəcəyi yoxlama matçının hakimləri müəyyənləşib.

"Neftçi"nin mətbuat xidmətindən "Birxeber.Az"a verilən məlumata görə, "Neftçi Arena"da baş tutacaq qarşılaşmanın baş hakimi Rauf Cabbarov olacaq.

Ona Namiq Hüseynov, Kamran Bayramov və Kamranbəy Rəhimov kömək edəcəklər. VAR hakimləri isə Cavid Cəlilov ilə Müslüm Əliyev olacaqlar.

Qarşılaşma Moskva vilayətindəki "Crocus City Hall”da baş verən terror aktı ilə əlaqədar 1 dəqiqəlik sükutla başlayacaq.

Qeyd edək ki, "Neftçi" - "Spartak" matçı saat 18:00-da başlayacaq.