Pakistanın "Milli Gün"ü münasibətilə keçirilən hərbi paradda Azərbaycan hərbçiləri iştirak edib - YENİLƏNİB

Pakistanın "Milli Gün"ü münasibətilə keçirilən hərbi paradda Azərbaycan hərbçiləri iştirak edib - YENİLƏNİB

Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində martın 23-də Pakistan Günü münasibətilə hərbi parad keçirilib.

"Report"a Müdafiə Nazirliyindən verilən məlumata əsasən, paradda ölkənin siyasi və hərbi rəhbərləri, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyinin və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar iştirak ediblər.

Qeyd edək ki, hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti təmsil edib.

09:39

Pakistanın "Milli Gün"ü münasibətilə keçirilən hərbi paradda Azərbaycan hərbçiləri iştirak edir.

“Report”un xəbərinə görə, 1940-cı il 23 mart Lahor qətnaməsinin və 23 mart 1956-cı ildə dünyada ilk islam respublikası olan Pakistanın yaradılması üçün Pakistan dominionundan Pakistan İslam Respublikasına keçid dövründə ilk konstitusiyasının qəbul edilməsi şərəfinə milli bayram qeyd olunur.

Əlamətdar gün münasibətilə Pakistan Silahlı qüvvələri tərəfindən respublika günündə paradın keçirilməsi tədbirin ümumi hissəsindən biridir.

Qeyd edək ki, hərbi parad bu dəqiqələrdə artıq başlayıb.