Gəncədə kanaldan meyit aşkarlanıb

Gəncədə kanaldan meyit aşkarlanıb

Gəncədə su kanalından naməlum meyit tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə meyit şəhərin Əbdülkərim Mehmandarov küçəsindən aşkalanıb.

Belə ki, küçədən keçən su kanalından orta yaşlı naməlum kişi meyiti tapılıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Həmin şəxsin kimliyi dəqiqləşdirilir.