Rusiyanın Azərbaycandakı səfirliyində terror qurbanlarını anmaq üçün onlayn xatirə kitabı açılıb, bayraq yarıya endirilib

Rusiyanın Azərbaycandakı səfirliyində terror qurbanlarını anmaq üçün onlayn xatirə kitabı açılıb, bayraq yarıya endirilib

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində "Crocus City Hall"dakı baş vermiş terror aktının qurbanlarının anılması üçün onlayn xatirə kitabı açılıb.

“Birxeber.Az”un məlumatına görə, səfirlikdəki bayraq yarıya endirilib.

Xatırladaq ki, ötən gecə Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"da insanlara atəş açılıb. Baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.