Qazaxıstanda yol qəzasında 4 nəfər ölüb

Qazaxıstanda yol qəzasında 4 nəfər ölüb

Qazaxıstanda Almatı-Oskemen şossesinin 336 km-də ölümcül qəza baş verib.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, bölgənin polis idarəsi bildirir ki, Jetysuska bölgəsində baş verən qəzada 4 nəfər dünyasını dəyişib.

İlkin məlumatlara görə, "Lada Priora" markalı avtomobilin sürücüsü qarşıdan gələn "Toyota" markalı avtomobilnən toqquşub. Qəza nəticəsində "Lada" markalı avtomobilin sürücüsü, onun iki sərnişini, həmçinin "Toyota"nın bir sərnişini hadisə yerində ölüb.