Tacikistan XİN Moskvadakı terror aktında ölkə vətəndaşlarının iştirakı ilə bağlı məlumatı feyk adlandırıb

Tacikistan XİN Moskvadakı terror aktında ölkə vətəndaşlarının iştirakı ilə bağlı məlumatı feyk adlandırıb

Tacikistan Xarici İşlər Nazirliyi Moskva vilayətində törədilən terror aktında respublika vətəndaşlarının iştirakı ilə bağlı məlumatı feyk adlandırıb.

Birxeber.Az-nın Rusiya bürosu xəbər verir ki, rəsmi Düşənbə bəyan edib ki, Tacikistan Rusiya hakimiyyət orqanlarından respublika vətəndaşlarının terror aktında iştirakı barədə məlumat almayıb.

Qeyd edək ki, Rusiya KİV-i "Crocus city hall"da baş verən terror aktında şübhəli bilinən altı nəfərdən dördünün adını açıqlayıb. Adı açıqlanan şəxslərin Tacikistan vətəndaşları olduqları bildirilib.