Tacikistan XİN: "Crocus City Hall"da baş verən terror aktında vətəndaşlarımızın iştirakı ilə bağlı məlumatlar saxtadır

Tacikistan XİN: "Crocus City Hall"da baş verən terror aktında vətəndaşlarımızın iştirakı ilə bağlı məlumatlar saxtadır

Moskva vilayətində "Crocus City Hall"da törədilən terror aktında Tacikistan vətəndaşlarının iştirakı ilə bağlı məlumatlar saxtadır.

“Report” xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Tacikistan Rusiya hakimiyyət orqanlarından respublika vətəndaşlarının Moskva vilayətində törədilmiş terror aktında iştirakı barədə məlumat almayıb.

Xatırladaq ki, ötən axşam Moskvadakı "Crocus City Hall"da terror aktı baş verib. Hadisə nəticəsində 80-dən çox adam ölüb. Hadisə ilə əlaqədər 2 nəfər şübhəli saxlanılıb. Onların Tacikistan vətəndaşı olduqları bildirilib.