"Formula 1" üzrə Avstraliya Qran-prisində sıralama turunun qalibi məlum olub

"Formula 1" üzrə Avstraliya Qran-prisində sıralama turunun qalibi məlum olub

“Formula 1” üzrə Avstraliya Qran-prisində sıralama turunun qalibi məlum olub.

“Birxeber.Az”un məlumatına görə, yarış Melburn şəhərində baş tutub.

Son dünya çempionu Maks Ferstappen sıralama turunun qalibi olub. “Red Bull”un pilotu martın 24-də baş tutacaq əsas yarışa birinci yerdə başlayacaq. “Ferrari” pilotu Karlos Sayns ikinci, “Red Bull”un üzvü Serxio Peres isə üçüncü nəticə göstərib.

Qeyd edək ki, Avstraliya Qran-prisində əsas yarış martın 24-də, Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.