Moskvada terror aktında ölənlərin sayı 82-yə çatıb, 3-ü uşaq olub - YENİLƏNİB

Moskvada terror aktında ölənlərin sayı 82-yə çatıb, 3-ü uşaq olub - YENİLƏNİB

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, “112” teleqram kanalı ölənlərin sayının 82 nəfərə çatıb.

Yaralıların dəqiq sayı barədə isə məlumat verilməyib.

Bildirilib ki, terror aktı qurbanlarının sayı hələ də arta bilər.

Moskva vilayətinin Səhiyyə Nazirliyi isə terror aktında həlak olanlar arasında 3 uşağın olduğunu açıqlayıb.

***

09:39

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Birxeber.Az xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Məlumatlara görə, ölənlərin sayı 80 nəfərə çatıb.

Bildirilib ki, terror aktı qurbanlarının sayı hələ də arta bilər.