Emin Ağalarov: Kədəri ifadə etmək üçün söz yoxdur

Emin Ağalarov: Kədəri ifadə etmək üçün söz yoxdur

"Crocus City Hall" konsert kompleksindəki dəhşətli hadisələrlə əlaqədar ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm.

APA xəbər verir ki, bunu Rusiyanın ən iri developer şirkətlərindən biri olan "Crocus Group"un vitse-prezidenti Emin Ağalarov "Crocus Sity Hall"da baş vermiş terror aktı ilə bağlı instaqram hesabında paylaşımımda bildirib.

"Bu hücum hər kəs üçün dəhşətli bir faciədir, şəxsən mənə və ailəmə toxundu. Kədəri ifadə etmək üçün söz yoxdur",- deyə qeyd olunub.

Qeyd edək ki, Moskvada "Crocus City Hall" konsert kompleksində ötən axşam silahlı şəxslər tərəfindən törədilən terror aktında ölənlərin sayı 60-ı keçib.