Türkiyədə daha bir avtobus qəzası olub, çox sayda yaralı var

Türkiyədə daha bir avtobus qəzası olub, çox sayda yaralı var

Türkiyənin Sivas şəhərində daha bir avtobus qəzası olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, avtobusun içində 40 nəfər olub, onların çoxu yaralanıb.

Hadisənin səbəbi hələ ki, məlum deyil.

Xatırladaq ki, bu gün səhər saatlarında Kastamonu şəhərində də avtobus qəzası olub. Nəticədə 6 nəfər ölüb, 33 nəfər yaralanıb.