Qazaxıstanda ağır yol qəzası olub, 4 nəfər ölüb

Qazaxıstanda ağır yol qəzası olub, 4 nəfər ölüb

Qazaxıstanın Jetisu vilayətində ağır yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə vilayət polisi instaqramda bildirib.

Qeyd olunub ki, hadisə bölgənin Almatı-Oskemen magistralının 336-cı kilometrliyində baş verib. “Lada Priora” və “Toyoda Windom” markalı avtomobillərin iştirakı ilə baş vermiş qəza nəticəsində dörd nəfər ölüb. Yaralanmış beş nəfər isə xəstəxanaya yerləşdirilib.

Polisin məlumatına görə, “Lada Priora” markalı avtomobilin sürücüsü qarşı yola çıxaraq “Toyota Windom” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Lada Priora”nın sürücüsü, onun iki sərnişini, həmçinin “Toyota Windom”un bir sərnişini yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.