Nigeriyanın şimalında quldurların hücumu nəticəsində 21 nəfər ölüb

Nigeriyanın şimalında quldurların hücumu nəticəsində 21 nəfər ölüb

Nigeriyanın şimalındakı Madaka kəndinə quldurların hücumu nəticəsində ən azı 21 nəfər ölüb, bir neçə nəfər oğurlanıb.

APA xəbər verir ki, bu barədə “Premium Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, ölkənin şimalındakı Niger əyalətində quldurlar 21 nəfəri, o cümlədən Madaka kəndinin başçısını qətlə yetiriblər. Bundan əlavə, 50-yə qədər ev yandırılıb.

Son zamanlar Nigeriyanın Niger əyalətində terror fəaliyyətləri səbəbindən hücumlar müntəzəm xarakter alıb.