Aİ-nin yeni texniki missiyası Ermənistana gəlib
Avropa İttifaqının yeni texniki missiyası Ermənistana gəlib.
"Birxeber.Az" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində bildirib.
Qriqoryan deyib ki, missiya hərbi xarakter daşımır.
O, oktyabrın 19-da gələn müşahidəçilərin bölgəni tərk etdiyini, hazırda Ermənistanda yeni texniki missiyanın olduğunu vurğulayıb.