Emin Ağalarov: "Kədəri ifadə etmək üçün söz yoxdur"

Emin Ağalarov: "Kədəri ifadə etmək üçün söz yoxdur"

"Crocus City Hall" konsert kompleksindəki dəhşətli hadisələrlə əlaqədar ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Birxeber.Az xəbər verir ki, bu barədə "Crocus Group" adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidenti Emin Ağalarov instaqram hesabında paylaşım edib.

"Bu hücum hər kəs üçün dəhşətli bir faciədir, şəxsən mənə və ailəmə toxundu. Kədəri ifadə etmək üçün söz yoxdur",- deyə qeyd olunub.