BMT Moskvadakı terror aktını qətiyyətlə pisləyib

BMT Moskvadakı terror aktını qətiyyətlə pisləyib

BMT-nin baş katibi Antonio Quterreş "Crocus City Hall" konsert kompleksindəki terror aktını qətiyyətlə pisləyir və Rusiya Federasiyası xalqına və hökumətinə başsağlığı verib.

Birxeber.Az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hakın cümə günü yaydığı bəyanatda deyilir.

"Baş katib bu gün Moskva yaxınlığındakı konsert zalına 40 nəfərin ölümü, 100-dən çox insanın yaralanması ilə nəticələnən terror hücumunu qətiyyətlə pisləyir. Baş katib həlak olanların ailələrinə, Rusiya Federasiyasının hökumətinə dərin hüznlə başsağlığı verir", - deyə bəyanatda bildirilir.

Baş katib qurbanların tezliklə sağalmasını da arzulayır.

"Hücumun icraçıları, təşkilatçıları, maliyyəçiləri və sponsorları məsuliyyətə cəlb edilməlidir",- deyə vurğulanıb.