Rusiya FHN: “Krokus siti holl”dakı yanğın lokallaşdırılıb

Rusiya FHN: “Krokus siti holl”dakı yanğın lokallaşdırılıb

“Krokus siti holl”dakı yanğın lokallaşdırılıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

“Krokus”dakı yanğın lokallaşdırılıb. Yanğınsöndürmə və xilasetmə bölmələri yanğının tez bir zamanda söndürülməsi üçün bütün tədbirləri görür”, – mətbuat xidməti açıqlayıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 40 nəfər ölüb, 147 insan yaralanıb.