Bakıda maşın aşıb, sürücü xəsarət alıb - FOTO - YENİLƏNİB

Bakıda maşın aşıb, sürücü xəsarət alıb - FOTO - YENİLƏNİB

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi olub.

Birxeber.Az xəbər verir ki, qəza Alı Mustafayev küçəsində körpünün üzərində qeydə alınıb.

İdarəetməni itirən "Hyundai" markalı minik avtomobilinin sürücüsü maşını beton maneyə vuraraq aşırıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü Hüseynova Gülnar Eldar qızı xəsarət alıb. Yaralı əraziyə cəlb edilmiş təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Qəzanın təfərrüatı araşdırılır.

***

22.03.2024

Saat 23:51

Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qəza səbəbindən metronun "Koroğlu" və "20 Yanvar" stansiyaları istiqamətində sıxlıq yaranıb.