Aİ Moskvadakı terror aktı ilə bağlı xəbərlərdən dəhşətə gəlib

Aİ Moskvadakı terror aktı ilə bağlı xəbərlərdən dəhşətə gəlib

Avropa İttifaqı (Aİ) Moskvada “Crocus City Hall” konsert zalındakı terror aktı ilə bağlı xəbərlərdən şoka düşüb və dəhşətə gəlib.

Birxeber.Az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano “X” hesabında bildirib.

Bildirilib ki, Aİ mülki şəxslərə qarşı istənilən hücumu pisləyir:

“Düşüncələrimiz bu hücumdan təsirlənən bütün Rusiya vətəndaşlarının yanındadır”