Anna Başta: "Ən böyük arzum Paris olimpiadasında qızıl medal qazanmaqdır"

Anna Başta: "Ən böyük arzum Paris olimpiadasında qızıl medal qazanmaqdır"

"İlk dəfədir belə super mövsüm keçirirəm. Əminəm ki, bu, son deyil və hər şey yeni başlayır. Ən əsas vəzifə 1 ildən sonra olacaq. Bütün gücümü ora yönəltmişəm".

"Report"un məlumatına görə, bunu Azərbaycan sablyaçısı Anna Başta Gənclər və İdman Nazirliyinin "İlin idman yekunları" qala mərasimində jurnalistlərə açıqlamasında deyib.

Qılıncoynatma üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı bildirib ki, yeni ildən ən böyük istəyi 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır: "Apreldən təsnifat yarışları başlayacaq və 1 il davam edəcək. Ən önəmlisi mövsümə uğurlu başlamaq və heç bir rəqibimə şans verməməkdir".

Baştanın sözlərinə görə, milli komandanın lideri olması onun məsuliyyətini daha da artırır: "Hər zaman mənə bunu deyirlər. Bacardığım qədər bu barədə düşünməməyə çalışıram. Çünki bu, çıxışıma mane ola bilər. Trekə 1 nömrə kimi çıxanda səni daha yaxşı tanlıyırlar və başqa cür hazırlaşırlar. Buna görə də bir neçə addım irəli getməliyəm məni üstələməsinlər".

İdmançı hədəfə çatmaq üçün ona heç nəyin mane ola bilməyəcəyinə inanır: "Yarışlarda yeganə rəqibimiz özümüzük. Bu, psixoloji və ya fiziki problemlərlə bağlı ola bilər. Belə şeylərin üzərində çalışıram ki, heç nə mənə mane olmasın. Növbəti mövsümdə bütün mümkün xalları qazanmaq istəyirəm. Əminəm ki, bacaracağam. Çünki federasiya rəhbərliyi, məşqçilər və dostlarım Paris olimpiadasına hazırlıq baxımından mənə çox dəstək olur".

Başta deyib ki, Yelena Jemayevadan sonra Azərbaycanın top-sablyaçısı olmaq onun üçün hansısa təzyiq yaratmır: "Əslində qazanılan ilk titulun təsadüf olmadığını göstərmək maraqlıdır. Bu, məni sevindirir. Bir daha məğlubiyyət hissini yaşamaq istəmirsən".

Tədbirə zövqlü geyinmədə qatılan sablyaçı bunun səbəbini belə izah edib: "Burada mənim rəqibim yoxdur, xüsusilə digər idman növlərində. Hamısı mənim yoldaşlarımdır. Sadəcə, mən həmişə beləyəm (gülür). Xoş sözlərə görə təşəkkür edirəm. insanlar məni çox vaxt formada, makiyajsız görür. Yarışlardan sonra insan gözəl görünmək istəyir. Əminəm ki, mən həmişə belə görünürəm. Qala mərasimidir, burada gözəl görünmək istədim".

O, bu il qələbə qazandığı hansısa görüşü fərqləndirmək istəmədiyini söyləyib: "Ümumiyyətlə, udduğum və ya uduzduğum istənilən döyüşdən sonra sakit oluram. Heç bir emosiya olmur. Məsələn, Avropa çempionatından sonra ətrafımdakı hər kəs sevinir, məni təbrik edirdi. Mən isə həmin vaxt yalnız evə getməyi və yemək sifariş verib uzanmağı arzulayırdım. Sevinməyə gücün qalmır. Səhər oyananda çempion olduğunu və titul qazandığını düşünürsən. Dərhal da bunu unutmağa çalışırsan ki, növbəti yarışlara köklənə biləsən".

Fərdi Fərdi
Böyük Dəbilqə: Son gündə Azərbaycanın 4 cüdoçusu mübarizə aparacaq

Böyük Dəbilqə: Son gündə Azərbaycanın 4 cüdoçusu mübarizə aparacaq

Fərdi Fərdi
Azərbaycan gimnastları Avropa çempionatı haqqında: “İnanırıq ki, bayrağımızı yüksəklərdə dalğalandıracağıq”

Azərbaycan gimnastları Avropa çempionatı haqqında: “İnanırıq ki, bayrağımızı yüksəklərdə dalğalandıracağıq”

Fərdi Fərdi
Yaşar Bəşirov Asiya çempionatının fəxri qonağı olub

Yaşar Bəşirov Asiya çempionatının fəxri qonağı olub

Fərdi Fərdi
Paracüdo üzrə Azərbaycan milli komandası dünya çempionu olub

Paracüdo üzrə Azərbaycan milli komandası dünya çempionu olub

Fərdi Fərdi
Gənclər və İdman naziri: “Düşünürəm ki, bunların hamısı nəticə verəcək”

Gənclər və İdman naziri: “Düşünürəm ki, bunların hamısı nəticə verəcək”

Fərdi Fərdi
Rafiq Hüseynov: "Hədəf dördüncü dəfə Avropa çempionu olmaqdır"

Rafiq Hüseynov: "Hədəf dördüncü dəfə Avropa çempionu olmaqdır"

Fərdi Fərdi
Yaponiyalı idmançılar Şahdağda xizək və snoubord üzrə master-klass keçiblər

Yaponiyalı idmançılar Şahdağda xizək və snoubord üzrə master-klass keçiblər

Fərdi Fərdi
Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Fərdi Fərdi
Avropa çempionatı: Mariya Stadnik yarımfinala yüksəlib

Avropa çempionatı: Mariya Stadnik yarımfinala yüksəlib

Fərdi Fərdi
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərdi Fərdi
Mariya Stadnik reytinq turnirini medalsız başa vurub

Mariya Stadnik reytinq turnirini medalsız başa vurub

Fərdi Fərdi
Batut gimnastikası üzrə Dünya Kubokunda fərdi yarışların qaliblərinə mükafatları təqdim edilib

Batut gimnastikası üzrə Dünya Kubokunda fərdi yarışların qaliblərinə mükafatları təqdim edilib