Bakıda minik və yük maşını toqquşub, xəsarət alanlar var - FOTO

Bakıda minik və yük maşını toqquşub, xəsarət alanlar var - FOTO

Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi olub.

Birxeber.Az xəbər verir ki, hadisədə "Range Rover" markalı minik maşını ilə yük avtomobili toqquşub.

Əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

TƏBİB-dən Birxeber.Az-ya verilən məlumata görə, qəzada iki nəfər xəsarət alıb.

Xəsarət alan şəxslərdən biri boyun nahiyəsinin küt travması diaqnozu ilə Kliniki Tibb Mərkəzinə, digəri müştərək travma ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.