Zaxarova Vaşinqtonun terror aktı ilə bağlı açıqlamasını tənqid edib

Zaxarova Vaşinqtonun terror aktı ilə bağlı açıqlamasını tənqid edib

ABŞ-nin "Crocus City Hall" konsert salonundakı terror aktına reaksiyası sual doğurur.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Rossiya 24" telekanalının efirində bildirib.

Zaxarova ABŞ-nin terror aktına reaksiyasını tənqid edib.

O bildirib ki, Vaşinqton Ukraynanın bu hadisədə iştirakının əlamətlərini görmür.

"Vaşinqton rəsmiləri faciənin ortasında kiminsə hadisədə iştirak edib-etməməsi ilə bağlı hansı əsaslarla nəticə çıxarırlar?"- deyə o bildirib.