Ağ Ev: Moskvadakı konsert salonuna hücumun arxasında Ukraynanın olmasına dair məlumat yoxdur

Ağ Ev: Moskvadakı konsert salonuna hücumun arxasında Ukraynanın olmasına dair məlumat yoxdur

Moskvadakı konsert salonuna hücumun arxasında Ukraynanın olmasına dair hər hansı məlumat yoxdur.

Birxeber.Az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib.

“Hazırda bu atışmada Ukraynanın və ya ukraynalıların iştirakına dair heç bir dəlil yoxdur” deyə o bildirib.

Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bildirib ki, hadisənin Ukrayna ilə əlaqəsi yoxdur.