Krasnoqorskda terror aktında ölən və yaralananlar rəsmi sayı açıqlanıb - YENİLƏNİB 3

Krasnoqorskda terror aktında ölən və yaralananlar rəsmi sayı açıqlanıb - YENİLƏNİB 3

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş terror aktında 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimai əlaqələr mərkəzi bildirib.

22:36

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananlar sayı 130-a çatıb, 40 nəfər ölüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “112” teleqram kanalı bildirib.

22:14

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda 40 nəfər ölüb, 100-dən çox yaralanan var.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

21:29

Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən “Krokus Siti Holl”da insanlara atəş açılıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Ostorojno, novosti”, “Baza”“Mash” teleqram kanalları bildirib.

"Baza"nın məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.

Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomat silahdan insanlara atəş açmağa başlayıb. Hazırda ərazidə genişmiqyaslı yanğın başlayıb.