Moskvada "Crocus City Hall" konsert salonunda atışma olub, 40 nəfər ölüb - VİDEO - YENİLƏNİB-2

Moskvada "Crocus City Hall" konsert salonunda atışma olub, 40 nəfər ölüb - VİDEO - YENİLƏNİB-2

"Crocus City Hall"da atışma nəticəsində 40 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, barədə "112" teleqram kanalı məlumat yayıb.

***

Saat 22:16

Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall" konsert salonunda baş verən silahlı insidentlə bağlı operativ qərargah yaradılıb.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, Krasnoqorsk administrasiyasından verilən məlumata görə, bütün qüvvə və vasitələr hadisə yerinə yönəldirilib, zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Rusiya teleqram kanalları hadisə yerində çoxlu sayda ölənlərin və yaralıların olduğunu bildirirlər.

Qeyd edək ki, bu gün axşam saatlarında kamuflyaj geyinmiş ən azı üç nəfər "Crocus City Hall" binasının birinci mərtəbəsinə girərək avtomat silahlardan atəş açıblar.

Həmçinin qumbara və yanan maddə atıldığından güclü yanğın başlayıb.

Konsert salonunun tavanı qismən çöküb.

"Shot" teleqram kanalı azı beş nəfər silahlı şəxsin hücumda iştirak etdiyinə dair məlumat yayıb.

Rosqvardiyanın xüsusi təyinatlı qüvvələri hadisə yerinə cəlb olunub.

Moskva vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 30-dan çox regional və 20 təcili tibbi yardım briqadası əraziyə göndərilib.

***

Saat 21:54

Moskva vilayətinin "Crocus City Hall" konsert salonunda baş verən atışmda ölənlərin sayının 15-ə çatdığı bildirib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə "Readovka" teleqram kanalı məlumat yayıb.

"Mash" teleqram kanalı ilə konsert salonunda partlayış baş verdiyini, tavanın çökdüyü barədə məlumat yayıb.

"Mash" eyni zamanda silahlı iki nəfərin konsert salonuna daxil olaraq insanlara atəş açmasının görüntülərini də yayıb.

***

Saat 21:31

Moskvada yerləşən "Crocus City Hall" ticarət mərkəzində atışma olub.

Birxeber.Az xəbər verir ki, bu barədə "Baza" telegram kanalı məlumat yayıb.

Maskalı şəxslər içəridə olanlara atəş açıb, ilkin məlumata görə, azı 12 nəfər ölüb, 35 nəfər isə yaralanıb.

Hadisədən sonra binada yanğın başlayıb.