Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bu barədə "Birxeber.Az"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, prokurorluq orqanlarında həyata keçirilən müasir məzmunlu islahatların mühüm hissəsi kimi beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində, eləcə də regional və ixtisaslaşdırılmış beynəlxalq təsisatlarla yeni əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir.

Bu sahədə həyata keçirilən kompleks tədbirlərin məntiqi davamı olaraq, Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfərdədir.

Nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar. Həmçinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib.

Daha sonra Azərbaycan Respublikasının Baş Prokurluğunda görüş keçirilib. Tədbir zamanı dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdirildiyi xüsusilə qeyd olunub.

Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın gücləndirilməsi, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.

Kamran Əliyev 44 günlük Vətən müharibəsinin ilk anlarından Türkiyə rəhbərliyi və xalqının ölkəmizə öz siyasi və mənəvi dəstəyinə görə minnətdarlığını bildirib, işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma prosesində mövcud strateji əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Hakimlər və Prokurorlar Şurasının Təftiş idarəsinin rəisi Osman Nuri təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. O, iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə dəstək verəcəklərini xüsusi vurğulayıb.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, qardaş ölkələrimiz arasındakı münasibətləri əks etdirən ekspozisiyalar, eyni zamanda, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan guşə və eksponatlar qonaqlarda zəngin təəssürat oyadıb.

Sonda xatirə fotoşəkli çəkdirilib. Nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir. İctimaiyyətə səfərin gedişatı barədə ətraflı məlumat veriləcək.

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda son sutkada koronavirusa 19 yeni yoluxma qeydə alınıb

Azərbaycanda son sutkada koronavirusa 19 yeni yoluxma qeydə alınıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Hans Henri Klüge: “ÜST-ün Azərbaycanla əməkdaşlığı çox uğurludur”

Hans Henri Klüge: “ÜST-ün Azərbaycanla əməkdaşlığı çox uğurludur”

SAĞLAMLIQ SAĞLAMLIQ
Göygöldə emal müəssisəsində nöqsanlar aşkarlanıb

Göygöldə emal müəssisəsində nöqsanlar aşkarlanıb

SAĞLAMLIQ SAĞLAMLIQ
TƏBİB: "Xırdalandakı partlayışda yaralananların müalicəsi davam etdirilir, vəziyyətləri ağırdır"

TƏBİB: "Xırdalandakı partlayışda yaralananların müalicəsi davam etdirilir, vəziyyətləri ağırdır"

SAĞLAMLIQ SAĞLAMLIQ
Dünyada “H3N8” quş qripindən ilk ölüm faktı qeydə alınıb

Dünyada “H3N8” quş qripindən ilk ölüm faktı qeydə alınıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda son sutkada 58 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 58 nəfər koronavirusa yoluxub

SAĞLAMLIQ SAĞLAMLIQ
Son sutkada 6 nəfər koronavirusa yoluxub

Son sutkada 6 nəfər koronavirusa yoluxub

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda həkimlərin maaşının artırılmasının əsas məqsədi açıqlanıb

Azərbaycanda həkimlərin maaşının artırılmasının əsas məqsədi açıqlanıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Prezident səhiyyə işçilərini təltif edib - SİYAHI

Prezident səhiyyə işçilərini təltif edib - SİYAHI

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda 18 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər ölüb

Azərbaycanda 18 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər ölüb

SAĞLAMLIQ SAĞLAMLIQ
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi 2024-cü il yanvarın 1-dək təxirə salınır - YENİLƏNİB

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi 2024-cü il yanvarın 1-dək təxirə salınır - YENİLƏNİB

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda koronavirusa daha 51 yoluxma faktı qeydə alınıb, 3 nəfər ölüb

Azərbaycanda koronavirusa daha 51 yoluxma faktı qeydə alınıb, 3 nəfər ölüb