Saleh Məmmədov İmişlidə vətəndaşları qəbul edib

Saleh Məmmədov İmişlidə vətəndaşları qəbul edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov İmişli rayonunda vətəndaşları qəbul edib.

Bu barədə "Report"a AAYDA-dan bildirilib.

İmişli rayonu “6 №-li Magistral Yolların İstismarı” MMC-nin inzibati binasında keçirilən qəbulda İmişli, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.