Liviyada kütləvi məzarlıqda 65 qeyri-qanuni miqrantın cəsədi tapılıb

Liviyada kütləvi məzarlıqda 65 qeyri-qanuni miqrantın cəsədi tapılıb

Liviyanın paytaxtı Tripolinin cənub-şərqindəki kütləvi məzarlıq aşkarlanıb.

APA xəbər verir ki, bu barədə Liviya Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsi sosial media hesabından məlumat yayıb.

Şuveyrif bölgəsindəki məzarlıqda 65 qeyri-qanuni immiqrantın cəsədi tapılıb.

Ölənlərin milliyyətinin məlum olmadığı bildirilib.

Beynəlxalq Miqrasiya Təşkilatının açıqlamasında görə Aralıq dənizində 2023-cü ildə ən azı 3129 qeyri-qanuni miqrantın öldüyü və ya yoxa çıxdığı qeydə alınıb.