FHN ABŞ Müdafiə Agentliyi ilə birgə seminarda - FOTO

FHN ABŞ Müdafiə Agentliyi ilə birgə seminarda - FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) ilə ABŞ-ın Müdafiə Departamentinin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin birgə təşkilatçılığı ilə Milli Cavab Tədbirləri üzrə Çərçivə Seminarı öz işinə başlayıb.

Birxeber FHN-in saytına istinadən xəbər verir ki, üç gün davam edəcək seminar FHN ilə ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi arasında cari imkanların dəyərləndirilməsi, qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün məlumat mübadiləsinin təmin edilməsi, davamlı təşəbbüslərin və əməkdaşlıq səylərinin dəstəklənməsi məqsədilə təşkil olunub. Seminar, həmçinin Milli Hazırlıq Planlarının (o cümlədən Milli Cavab Tədbirləri Çərçivəsi), fövqəladə hallarla mübarizə üzrə tədbirlərin müvafiq komponentlərinin “Kimyəvi, bioloji, radioloji, nüvə və partlayıcı silahlar” (CBRNE) mövzusuna diqqət yetirməklə əlaqələndirilməsinin nəzərdən keçirilməsi və müzakirəsi üçün təşkil edilib.

Təqdimatlar, praktik məşğələlər və interaktiv müzakirələrin keçirilməsinin nəzərdə tutulduğu seminarda yerli, regional və milli hökumət səviyyələrində böhran vəziyyətlərinin idarə olunmasına məsul şəxslərin qarşılıqlı fəaliyyətlərinin əlaqələndirilməsindən, tematik tədqiqatlardan bəhs olunacaq. Seminarda FHN əməkdaşlarının müvafiq təqdimatlarla çıxışı nəzərdə tutulub.

Seminarda FHN-in əməkdaşları ilə yanaşı Azərbaycan Daxili İşlər, Müdafiə, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və TƏBİB-in nümayəndələri də iştirak edir.

Qeyd edək ki, bu gün start götürən seminarın açılış tədbirində FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov və Beynəlxalq əlaqələr idarəsinin rəisi Ərgüc Kələntərli iştirak edib.

Birxeber
Sosial Sosial
BNA: "67 avtobusun hərəkət intervalında gecikmələr var"

BNA: "67 avtobusun hərəkət intervalında gecikmələr var"

Sosial Sosial
Sərnişinlərin NƏZƏRİNƏ: Sabah bu avtobusların hərəkət istiqaməti dəyişir

Sərnişinlərin NƏZƏRİNƏ: Sabah bu avtobusların hərəkət istiqaməti dəyişir

Sosial Sosial
Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulur

Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulur

Sosial Sosial
AQTA sahibkarlara müraciət edib

AQTA sahibkarlara müraciət edib

Sosial Sosial
“TEKNOFEST Azərbaycan”a 28 may tarixi üçün alınan biletlər bu gün də KEÇƏRLİDİR – RƏSMİ

“TEKNOFEST Azərbaycan”a 28 may tarixi üçün alınan biletlər bu gün də KEÇƏRLİDİR – RƏSMİ

Sosial Sosial
Avtomobillərin rəsmiləşdirilməsi prosesi asanlaşdırılır - VİDEO

Avtomobillərin rəsmiləşdirilməsi prosesi asanlaşdırılır - VİDEO

Sosial Sosial
Əfv Məsələləri Komissiyası 100-dən artıq müraciətə baxıb

Əfv Məsələləri Komissiyası 100-dən artıq müraciətə baxıb

Sosial Sosial
Deputat Mərkəzi Bankın yeni sədrindən DANIŞDI: "Təcrübəli işçilər çıxarılmasa yaxşı olar"

Deputat Mərkəzi Bankın yeni sədrindən DANIŞDI: "Təcrübəli işçilər çıxarılmasa yaxşı olar"

Sosial Sosial
Britaniya səfiri Bakıda klassik avtomobil sürdü - VİDEO

Britaniya səfiri Bakıda klassik avtomobil sürdü - VİDEO

Sosial Sosial
Azərbaycanda 40-dək qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb

Azərbaycanda 40-dək qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb

Sosial Sosial
Sumqayıtda Vətən müharibəsi şəhidlərin xatirəsi anılıb - FOTO

Sumqayıtda Vətən müharibəsi şəhidlərin xatirəsi anılıb - FOTO

Sosial Sosial
VPN istifadəçilərinə xəbərdarlıq edildi

VPN istifadəçilərinə xəbərdarlıq edildi