Rusiya 56 Kanada vətəndaşına sanksiya tətbiq edib

Rusiya 56 Kanada vətəndaşına sanksiya tətbiq edib

Rusiya Kanadanın 56 vətəndaşını sanksiya siyahısına əlavə edib.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“56 Kanada vətəndaşının Rusiya Federasiyasına girişi bağlanıb”, - deyə bildirilib..

Qeyd olunub ki, Kanada hərbi-sənaye kompleksinin bir neçə şirkət rəhbərliyinə sanksiyalar tətbiq edib.

Sanksiya siyahısına Kanadadakı Ukrayna diasporunun nümayəndələri də daxildir.