Finlandiya Prezidenti Rusiya ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkəcək

Finlandiya Prezidenti Rusiya ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkəcək

Aleksander Stubb Finlandiya Prezidenti kimi ölkə üzrə ilk səfərini Rusiya ilə sərhədə – “Niirala” nəzarət-keçid məntəqəsinə edəcək.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Finlandiya dövlət başçısının ofisi məlumat yayıb.

Səfər martın 27-nə planlaşdırılıb. Prezident və xanımı sərhədə səfər etdikdən sonra Yoensuu şəhər administrasiyasının nümayəndələri ilə görüşərək regionda mövcud problemləri müzakirə edəcəklər.