Moskvada konsert zalında atəş açılıb, 12 nəfər ölüb, 35 nəfər yaralanıb

Moskvada konsert zalında atəş açılıb, 12 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən “Krokus Siti Holl”da insanlara atəş açılıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Ostorojno, novosti”, “Baza”“Mash” teleqram kanalları bildirib.

"Baza"nın məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.

Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomat silahdan insanlara atəş açmağa başlayıb. Hazırda ərazidə genişmiqyaslı yanğın başlayıb.