Azərbaycan – Monqolustan oyunu başlayıb - YENİLƏNİB

Azərbaycan – Monqolustan oyunu başlayıb - YENİLƏNİB

Bakıda Azərbaycan və Monqolustan milliləri arasında “FIFA series–Edition 2024” layihəsi çərçivəsində yoldaşlıq görüşü başlayıb.

“Report” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.

Matçı türkiyəli referi Zorbay Küçükün rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, yığmamız martın 25-də bu arenada Bolqarıstanla üz-üzə gələcək.

19:30

“FIFA series–Edition 2024” layihəsi çərçivəsində üz-üzə gələcək Azərbaycan və Monqolustan millilərinin start heyətləri bəlli olub.

“Report” xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: 12. Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 9, Renat Dadaşov, 7. Cosqun Diniyev, 15. Bədavi Hüseynov, 10. Ozancan Kökçü, 8. Emin Mahmudov, 4. Bəhlul Musayafazadə, 19. Filip Ozobiç, 2. Amin Seydiyev, 11. Ramil Şeydayev.

Məşqçi: Arif Əsədov.

Monqolustan: 1. Munkerdene, 17. Amaraa, 6. Amgalanbat, 2. Bat-erdene, 8. Batmunh, 5. Chinzoriq, 4. Qreyt-old, 9. Oyunbaatar, 3. Purevdorj, 18. Uganbayar.

Baş məşqçi: İçiro Otsuka.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da start götürəcək. Yığmamız martın 25-də bu arenada Bolqarıstanla üz-üzə gələcək.