Türkiyə və Cənubi Koreya HHQ komandanları arasında görüş baş tutub

Türkiyə və Cənubi Koreya HHQ komandanları arasında görüş baş tutub

Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlu koreyalı həmkarı general Li Yonsu ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi sosial şəbəkədə bildirib.

Qeyd olunub ki, Türkiyə generalının rəsmi dəvəti ilə baş tutmuş görüş Hava Qüvvələri Komandanlığı Qərargahında keçirilib.

Məlumata görə, görüşdə həmçinin müdafiə naziri Yaşar Gülərin təltif etdiyi “Türkiyə Silahlı Qüvvələri ləyaqət nişanı” Hərbi Hava Qüvvələrinin komandanı general Ziya Cemal Kadıoğlu tərəfindən koreyalı generala təqdim edilib.