Rusiya və Çin BMT TŞ-da ABŞ-ın Qəzza ilə bağlı qətnamə layihəsini bloklayıb

Rusiya və Çin BMT TŞ-da ABŞ-ın Qəzza ilə bağlı qətnamə layihəsini bloklayıb

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək, ABŞ-ın təqdim etdiyi, “dərhal və davamlı atəşkəsə təcili ehtiyacı müəyyən edən”, lakin bunu tələb və ya buna çağırış etməyən Yaxın Şərqlə bağlı qətnamə layihəsini bloklayıb.

APA TASS-a istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının 15 üzvündən 11-i sənədin lehinə səs verib.

Qətnamə mülki əhalinin müdafiəsi üçün təcili və davamlı atəşkəsə olan ehtiyacı müəyyən edir və bütün qalan girovların azad edilməsi ilə birlikdə belə atəşkəsə nail olmağa yönəlmiş beynəlxalq diplomatik səyləri birmənalı şəkildə dəstəkləyir.

Bundan başqa sənəd Qəzza zolağının ərazisini, o cümlədən bufer zonalarının rəsmi və ya qeyri-rəsmi yaradılması yolu ilə azaldan hərəkətləri rədd edir, Fələstin anklavında əhalinin köçürülməsinə çağırışları pisləyir və orada demoqrafik və ya ərazi dəyişikliyi cəhdlərini rədd edir. Bundan əlavə, qətnamə HAMAS və digər silahlı qrupların bütün qalan girovlara humanitar yardımın dərhal təmin edilməsini tələb edir.