Ermənistanda iki müxalifətçi saxlanılıb

Ermənistanda iki müxalifətçi saxlanılıb

Ermənistan polisi İrəvanda hazırkı hökuməti və baş nazir Nikol Paşinyanı sərt tənqid edən iki müxalifətçini, “İmnemimi” proqramının həmmüəllifləri və aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyanı saxlayıb.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

N.Samsonyanın vəkili Ruben Melikyan jurnalistlərə açıqlamasında bildirib ki, müxalifətçi xuliqanlıq ittihamı ilə saxlanılıb.