Rusiyanın zərbələri nəticəsində Xarkov elektrik enerjisiz qalıb

Rusiyanın zərbələri nəticəsində Xarkov elektrik enerjisiz qalıb

Ukraynanın şərqindəki Xarkov şəhəri tamamilə elektrik enerjisiz qalıb.

Birxeber.Az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov bildirib.

Onun sözlərinə görə, bir sıra partlayışlardan sonra Xarkov tamamilə enerjisiz qalıb, şəhərin su və istilik təchizatında ciddi problemlər yaranıb.

Qeyd edək ki, Rusiya Xarkov daxil olmaqla Ukraynanın bir sıra şəhərlərini kütləvi raket atəşinə tutub. Nəticədə Ukraynanın enerji strukturuna ciddi ziyan dəyib.