“Qarabağ”ın qapıçısı gələcəklə bağlı planlarını açıqlayıb

“Qarabağ”ın qapıçısı gələcəklə bağlı planlarını açıqlayıb

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov gələcəklə bağlı planlarını açıqlayıb.

“Report”un “Sovsport”a istinadən məlumatına görə, 32 yaşlı futbolçu hazırda bütün diqqətini Rusiya millisinə və “Qarabağ”a yönəltdiyini bildirib.

“Hələlik diqqətimi millinin qarşıdakı oyunlarına cəmləmişəm. Ardından kluba qayıdacağam, orada verilən tapşırıqları yerinə yetirməliyəm. Sonrasına baxarıq”, - deyə Lunyov söyləyib.

Qeyd edək ki, Andrey Lunyov “Qarabağ”a 2023-cü ilin yayında azad agent kimi keçib. Qapıçının ağdamlılarla müqavilə müddəti mövsümün sonuna qədərdir.