Yaşar Gülər: Türkiyənin müdafiə sənayesinin 80 faizindən çoxu yerli istehsaldır

Yaşar Gülər: Türkiyənin müdafiə sənayesinin 80 faizindən çoxu yerli istehsaldır

Türkiyənin müdafiə sənayesinin 80 faizindən çoxu yerli istehsaldır.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bayburt şəhərində gənclərlə görüşündə deyib.

O bildirib ki, xüsusilə Türkiyənin beşinci nəsil qırıcı təyyarəsi olan KAAN-nın uğurlu olacağına əsl dostlar istisna olmaqla kimsə inanmırdı: “Amma təyyarəmiz ilk uçuşunu artıq həyata keçirdi və təhlükəsiz şəkildə yerə endi”.

Y.Gülər, həmçinin söyləyib ki, Türkiyə üçün risk və təhlükə həmişə var: “Heç vaxt bunu unutmamalıyıq”.